MY baş məşqçi məsələsində qərar verəcək – Tezliklə
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə klubunda fəaliyyətini davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssislə müqavilənin uzadılması zaman məsələsi hesab olunur. Hər iki tərəf anlaşmanın yaxın vaxtlarda razılaşdırılacağına əmindir. Yeni müqavilənin iki mövsümlük olacağı qeyd edilir.
Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”i çalışdırır. Onun rəhbərliyi altında “qırmızı şeytanlar” iki kubok – İngiltərə kuboku və Liqa kubokunu qazanıb.
Daha əvvəl bildirilmişdi ki, Ten Haq klubdan qovula bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin