Ten Haq həmyerlisini “Mançester Yunayted”ə gətirmək istəyir
“Ayaks”ın hücumçusu Brayan Brobbi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçunun xidmətində maraqlıdır.
Niderlandlı mütəxəssis həmyerlisi olan forvardı Antoni Marsialın əvəzləyicisi hesab edir.
Brobbi ötən mövsüm Niderland çempionatında 30 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə verib. 22 yaşlı forvardın “Ayaks”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin