MY-nin yetirməsi yenidən Premyer Liqa klubunda
İngiltərənin “Şeffild Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, yeni mösümdən Premyer Liqada mübarizə aparacaq sözügedən klub ingiltərəli yarımmüdafiəçi Ravel Morrisonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
“Mançester Yunayted”in yetirməsi olan Morrison, karyerası ərzində “Vest Hem”, “Birmingem”, KPR, “Kardiff Siti”, “Latsio”, “Atlas” və “Estersund” kimi klublarda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin