“Futbol oynamaq üçün acam” – Mahir Emreli
Azərbaycan millisinin Albaniya ilə keçirəcəyi yoldaşlıq görüşündən əvvəl yığmanın hücumçusu Mahir Emreli jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
“Rəqibin gücü hamıya bəllidir. Məşqçilərimizdən lazımi tapşırıqları almışıq. Bizim üçün vacib qarşılaşmadır. Rəqibin kimliyindən asılı olmayaraq, oyuna qələbə üçün çıxacağıq.
Azərbaycan bayrağı altında çıxış etdiyin bütün matçlar sənin üçün vacibdir. Rəqib Avropa çempinatında oynayacaq. Milli ilə qazanılan uğurun sevinci başqa olur. Heç bir klub bu xoşbəxtliyi sənə verə bilməz. Şəxsən mənim motivasiya baxımından problemin yoxdur. Uzun zamandır zədəli idin, meydana çıxmırdım. Futbol oynamaq üçün acam. Bu sual baş məşqçiyə verilsə, daha yaxşı olar. O, bizi kənardan yaxşı görür. Hətta Arif müəllim mənə bildirdi ki, səni heç vaxt belə məşq edən görməmişəm (gülür). Yaxşı məşq etmişəm. Yetərincə ağır məşqlər oldu. Amma sabahkı oyuna hazırıq.
Arif müəllimlə uzun zamandır işləyirik. Ona olan hörmətimiz başqadır. Azərbaycanlıdır, öz millətimizin nümayəndəsidir. Baş məşqçi barədə nəsə deyə bilmərəm. Lakin sabah qol vursam, onu Arif müəllimə həsr edəcəyəm. İşim qol vurmaqdır. Qol vurduqda daha motivasiyalı olursan. Sabah milliyə layiqincə kömək etmək istəyirəm. Bu oyunda qol vursam, xoşbəxt olaram”.
Bizi Facebook-da izləyin