MY baş məşqçi ilə bağlı qərar verib

“Mançester Yunayted” Erik ten Haqla bağlı qərar qəbul edib. 

Komanda.az “Team Talk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı mütəxəssisi baş məşqçi postundan qovmaq qərarına gəlib. 

Ten Haq iki mövsüm “Mançester Yunayted”in “sükanı arxasında” olub. Bu müddət ərzində 54 yaşlı mütəxəssis komandaya iki kubok – Liqa kuboku və İngiltərə kubokunu qazandırmağa kömək edib. 

“Qırmızı şeytanlar” ötən həftə sonu finalda “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edərək, İngiltərə kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button