Azərbaycan millisinin Türkiyə yığması ilə oyunlarının hakimləri açıqlanıb
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlarına hakim təyinatları açıqlanıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
31 may
21:00. Türkiyə – Azərbaycan
Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).
Ərzincan, 13 Şubat stadionu.
4 iyun
19:00. Azərbaycan – Türkiyə
Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Bakı, “Dalğa Arena” stadionu.
Bizi Facebook-da izləyin