Azərbaycan karateçiləri Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycanın üç təmsilçisi Almaniyanın Regensburq şəhərində keçirilmiş karate-do üzrə Avropa çempionatında üç mükafat qazanıblar.

Komanda.az xəbər verir ki, İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Fuad Əliyev (+80 kq) turnirdə bürünc medalla kifayətlənməli olub.

Azərbaycan idmançıları komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.

Komandaya bu yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button