“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı
Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
Lider “Qalatasaray” əsas izləyicisi “Fənərbaxça”nı qəbul edib. Meydan sahibləri bu görüşdə 1 xal qazansaydılar, sona bir tur qalmış çempion olacaqdılar. Amma “Fənərbaxça” azlıqda mübarizə aparmasına baxmayaraq, bu oyundan qalib ayrılıb və liderlə arasındakı xal fərqini 3-ə endirib.
Hazırda 99 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 96 xalla 2-ci, “Trabzonspor” 64 xalla 3-cü, “Başakşəhər” 58 xalla 4-cü, “Beşiktaş” 56 xalla 5-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
37-ci tur
17 may
İstanbulspor – Sivasspor 1:3
Qollar: V.Temel, 81 – Turqunboyev, 43. Koita, 54.
Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: Mendosa, 30-öz qapısına. M.Yılmaz, 74 – Aymbetov, 65.
18 may
Ankaragücü – Pendikspor 0:0
Başakşəhər – Trabzonspor 0:1
Qol: Onuaçu, 45+2.
Beşiktaş – Hatayspor 2:2
Qollar: J.Fernandes, 50. V.Abubakar, 90+7-pen – Matondo, 26. Dele-Başiru, 55.
Qaziantep – Fatih Karagümrük 3:1
Qollar: E.Ersoy, 47. Yevtoviç, 90. Monteyro, 90+9 – Markao, 67.
Kayserispor – Konyaspor 2:2
Qollar: Mane, 32; 77-pen – S.Dikmen, 36. Nzonzi, 74.
Rizəspor – Kasımpaşa 0:0
Samsunspor – Alanyaspor 1:1
Qollar: Marius, 60 – O.Aydın, 14.
19 may
Qalatasaray – Fənərbaxça 0:1
Qol: Ç.Söyüncü, 71.
Bizi Facebook-da izləyin