Qol şanslarını ən pis dəyərləndirən futbolçudur – “Qarabağ”ın keçmiş üzvü
“Krasnodar”ın hücumameyilli yarımmüdafiəçisi Kadi Borges 2024-cü ildə Rusiya çempionatında qol şanslarını ən pis dəyərləndirən oyunçudur.
Komanda.az “Opta Sports”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu mövsüm ərzində 20 dəfə qol şansını boşa verib. Kadinin hədəfə cəmi 4 dəfə düşdüyü qeyd olunur.
Braziliyalı futbolçu bu mövsüm Rusiya çempionatının 28 oyununda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Kadi Borges 2021/2022 mövsümündə “Qarabağ”da çıxış edib. O, “Krasnodar”a da məhz “Qarabağ”dan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin