“Barselona” portuqaliyalı futbolçunu transfer etməyəcək
Portuqaliyalı futbolçu Joao Feliks “Barselona”nı tərk edə bilər.
Komanda.az “Cadena ser”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi futbolçunu birdəfəlik transfer etməkdə maraqlı deyil. “Barselona”nın maliyyə problemləri var, ona görə də, 60-70 milyon avroya futbolçu almağa gücü çatmır. Futbolçunun özü isə “Barsa”da qalmaq istəyir.
Feliks müqavilə ilə “Atletiko”ya məxsusdur.
24 yaşlı oyunçu bu mövsüm La Liqada 7 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin