Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib
Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko 75 yaşında vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə “Sport strana.ua” məlumat yayıb.
Fomenko “Spartak Sumy”nin məzunu olub. O, futbolçu karyerası ərzində 3 dəfə SSRİ çempionu olub, UEFA Kuboklar Kubokunun və UEFA superkubokunun qalibi olduğu “Zarya” və Kiyev “Dinamo”sunda çıxış edib.
Fomenko məşqçi kimi Ukrayna çempionu olub və “Dinamo” ilə ölkə kubokunu qazanıb. Mərhum mütəxəssis 2012-16-cı illərdə Ukrayna millisinə rəhbərlik edib. Onun çalışdırdığı yığma komanda AÇ-2016-nın final mərhələsində oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin