Azərbaycan millisi beynəlxalq turnirdə 5 bürünc medal qazanıb
Bədii gimnastika üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə edib.
Komanda.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafat qazanıb.
Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Ümumilikdə beş bürünc medal qazanan yığma komanda hesabında 3-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin