La Liqada mart ayının ən yaxşısı məlum oldu

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu cari mövsümdə ilk dəfə bu mükafatı qazanır. Vinisius səsvermədə “Atletik”dən Qorka Quruzeta, “Real Sosyedad”dan Brais Mendes, “Vilyarreal”dan Aleksander Şörlot və “Barselona”dan Robert Levandovskini qabaqlayıb.

Vinisius Junior mart ayında La Liqada meydana çıxdığı 3 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button