“Liqa 1-də ilk qolumu vuranda Messi ilə qeyd etdim” – Emeri

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Paris klubunun heyətində ilk qolunu qeyd etməsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Liqa 1-də ilk qolumu vuranda Lionel Messi ilə qeyd etdim… Buna inana bilmirəm”.

Emeri PSJ-nin yetirməsidir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 18 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Lionel Messi 2021/22 mövsümündə PSJ-də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button