Simeonenin tələbi: Feliks “Atletiko”ya qayıtmamalıdır!
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”da icarə əsasında çıxış edən 24 yaşlı yarımmüdafiəçi Joao Feliksi artıq öz komandasının oyunçusu kimi görmür və portuqaliyalının yay mövsümü başlamazdan əvvəl klubu tərk etməsini tələb edir.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Feliksin “Atletiko”lu futbolçuların əksəriyyəti ilə yaxşı münasibətinin olmadığı bildirilir.
Feliks La Liqanın 29-cu turunda baş tutan “Atletiko” ilə oyun vaxtı artıq komandanın bəzi futbolçuları ilə vidalaşıb.
Feliks bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin