“Yuventus” türkiyəli futbolçunun maaşını artırmağa hazırdır
“Yuventus” rəhbərliyi hücumçu Kənan Yıldızla müqaviləni 2029-cu ilə qədər uzatmaq üçün çalışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu türkiyəli futbolçuya maaşını 4 dəfə artırmaqla yeni müqavilə təklif edir. Mövcud müqaviləyə görə, Yıldızın ildə 300 min avro qazandığı vurğulanır. “Yuventus” hücumçuya illik 1-1,2 milyon avro maaş təklif etməyə hazırdır.
“Qoca sinyora” son transfer pəncərəsində digər Avropa klublarından Yıldız üçün gələn təklifləri rədd edib.
18 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin