“Müdafiədə problemlər var, çox qol buraxırıq” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində Tovuz şəhər stadionunda “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 3:3 hesablı heç-heçəni belə şərh edib.

“Azarkeşlərimizə təşəkkür edirəm. Qalib də gələ bilərdik. Üstün olduğumuz anlarda qollar buraxdıq. Amma deyərdim ki, bu gün 1 xal qazandıq. Maraqlı derbi oyunu alındı. Komandama təşəkkür edirəm. Futbolçular əziyyət çəkdilər, sona kimi vuruşdular. Bizə lazım olan 1 xalı qazandıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bunun üçün də xallar qazanmalıyıq.

Komanda hücum etməyi bacarmalıdır. Amma müdafiədə problemlər var, çox qol buraxırıq. Bunun üzərində də işləməliyik. Xoşbəxtliyi daha çox rəqib qapısında axtarmağa çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button