Rakitiç “Real”la “Barselona”nın fərqini izah etdi

“Barselona”nın keçmiş yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandasında çıxış edən İvan Rakitiç Kataloniya klubu ilə “Real” arasındakı fərqin nə olduğu barədə fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, “Real”ın veteranları saxlamaqla nəsil dəyişikliyini rəvan həyata keçirdiyini bildirib:

“Əsas fərq ondadır ki, “Real” veteranları saxlamaqla nəsil dəyişikliyini rəvan həyata keçirə bildi. Bu baxımdan “Barselona” çox tez hərəkət etdi. Əminəm ki, Pedri, Qavi və başqaları komandanın gələcəyidir. Amma yaşlı futbolçuların köməyi onlara zərər verməzdi. Düşünürəm ki, Bellingem, Kamavinqa və başqaları veteran futboçulardan əhəmiyyətli faydalar alırlar”.

Rakitiç 2014/20-ci illərdə “Barselona”da çıxış edib. O, bu müddət ərzində bütün turnirlərdə 310 matçda iştirak edib, 35 qol vurub və 42 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button