“İmişli” – “Karvan” oyunu ilə bağlı cəzalar açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərar qəbul edilib:
“İmişli” – “Karvan” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.
“İmişli” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.
“İmişli” – “Karvan” oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilib.
“İmişli” – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.
“Araz Saatlı” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Araz Saatlı” klubu 80 manat cərimə edilib.
Bizi Facebook-da izləyin