Rusiyalı məşqçi İspaniyadan dəvət alıb

Rusiya millisinin baş məşqçisi Valeri Karpin İspaniyaya qayıda bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, İspaniya La Liqasında yarışan “Selta” onu baş məşqçi postuna dəvət edib.

Amma onun eyni zamanda Rusiya millisinə və İspaniya klubuna rəhbərlik etmək planı yoxdur.

Rusiyalı məşqçi hazırda həm də “Rostov”un baş məşqçisidir. O, “Selta” ilə razılıq əldə edərsə, milli və “Rostov”dan ayrılacaq.

55 yaşlı mütəxəssis futbolçu kimi “Real Sosyedad”, “Valensiya” və “Selta” klublarında oynayıb.

“Selta” La Liqada 25 turdan sonra 20 xalla 17-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button