“Qarabağ” – “Braqa” matçına neçə bilet satılıb?

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubuna qarşı keçirəcəyi ev oyununun biletləri tükənmək üzrədir.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, görüşün keçirilməsinə hələ üç gün vaxt qalsa da, artıq 29 400 bilet satılıb.

Hazırda 5 sektor üçün ümumilikdə 500 bilet sahibini gözləyir. Həmçinin VİP-ə də satılmayan 100-ə yaxın bilet qalıb.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button