“Ən yaxşı hücumlar bizdə oldu” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini paylaşıb.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra bunları dilə gətirib:

“Belə bir stadionda oynamaq xoş oldu. Sumqayıt şəhər olaraq buna layiqdir. Premyer Liqa komandalarının hamısında belə stadionun olması çempionatımıza rəng qatacaq. Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. Çünki “Sumqayıt” qış fasiləsindən sonra yaxşı start götürüb. Bu gün qol olmasa da, hər saniyə mübarizə getdi, taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda bir az da soyuqqanlı olsaydıq, fərqli ola bilərdi. Ən yaxşı hücumlar bizdə oldu. 1 xal qazandıq. Çempionatın ən önəmli yetindəyik. Rəqibi uzaqlaşmağa qoymadıq. Özümüz də həmin yerlərdə qalmağa çalışırıq. “Sumqayıt”a uğurlar arzu edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button