Laporta: “Xavi qovulmağa layiq biri deyil”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Xavi haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub prezidenti Xavinin istefaya göndərilməsi haqda düşünməyib:

“Belə fikirlərim olmayıb. Xavi qovulmağa layiq biri deyil. Mən onu klubdan çıxarmazdım. O, klubumuzun uğuruna inanan birinci insandır. Biz dəsmalı rinqə atmamışıq, hələ də La Liqada, Çempionlar Liqasında mübarizə aparırıq. Kifayət qədər yaxşı heyətimiz var ki, “Napoli” ilə oyunda qələbə qazanaq”. 

Yanvarın 27-də “Vilyarreal”a məğlub olduqdan sonra (3:5) Xavi mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb. O, “Barselona”ya 2021-ci ilin noyabr ayından rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button