Xavi qovulmayacaq
“Barselona” yaxın vaxtlarda Xavini baş məşqçi vəzifəsindən qovmayacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Xavinin gücünə inanır və yaxın gələcəkdə onunla yolları ayırmağı planlaşdırmır. İspaniyalı çalışdırıcı cari mövsümün sonuna kimi klubda qalacaq.
Xavi 2021-ci ilin noyabr ayından “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin