Bu gün 20 Yanvar – Ümumxalq Hüzn Günüdür

Bu gün azadlıq yolumuzun başlanğıcı olan 20 Yanvar – Ümumxalq Hüzn Günüdür.

Uzun illər ərzində edilən haqsızlıqlara etirazını bildirən xalqımıza qarşı məhz 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları tərəfindən misli görünməmiş cinayət törədildi. Xalqın azadlıq istəyinin, həmçinin Ermənistandan həmvətənlərimizin kütləvi deportasiyasına etirazların qarşısını almaq məqsədilə Bakıya və bəzi rayonlara qoşun yeridildi, nəticədə yüzlərlə insan şəhid oldu və yaralandı.

Bu tarixi hadisə milli azadlıq hərəkatımızın dönüş nöqtəsi oldu.

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin qurbanları dərin ehtiramla yad edilir. Şəhidləri hörmətlə anan şirkətlərdən biri də “BAL LİNE” olub. Şirkət Ümumxalq Hüzn Günü ilə əlaqədar videoçarx yayımlayıb. Xatırladaq ki, “BAL LİNE” şirkətinin rəsmi ticarət markası “ETOPAZ”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button