Azərbaycan millisi Tanzaniya və Monqolustanla qarşılaşacaq
FİFA “FİFA series” adlanan yeni layihəyə start verir.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq.
Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumatın (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin