Rusiya millisinin üzvü La Liqa klubunda
İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, “yarasalar” “Vilyarreal”dan Denis Çerışevi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Valensiya” rus yarımmüdafiəçi ilə yaxın zamanda rəsmi müqavilə imzalayacaq.
Son mövsümü icarə əsasında “Valensiya”da keçirən Çerışevin “Vilyarreal”la olan müqaviləsi iyunun 30-na qədər idi.
28 yaşlı futbolçu Rusiya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin