
“Qarabağ”ın heyətində yaxşı futbolçular var”
İsveçin “Hakken” komandasının futbolçusu Samuel Qustafson Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan əvvəl fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında 3 xala sahib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
“Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Meydana qələbə əzmi ilə çıxacağıq”.
28 yaşlı yarımmüdafiəçi “Qarabağ” haqqında xoş fikirlər səsləndirib: “Qarabağ”ın heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə bilərəm. Onunla oynamışıq, təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



