“Xavinin rəhbərliyi altında özümü rahat hiss edirəm”
“Barselona”nın kapitanı Serxio Roberto komandadakı gələcəyindən danışıb.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Xavinin (komandanın baş məşqçisi) rəhbərliyi altında oynayarkən rahat olduğunu və Kataloniya klubunda qalacağına ümid etdiyini bildirib:
“Xavinin rəhbərliyi altında özümü rahat hiss edirəm. Mən onun etibarını hiss edirəm. Klub mövsümün sonunda çıxışımdan razı qalsa, mən “Barselona”da qalacam”.
Daha əvvəl 31 yaşlı futbolçunun karyerasını “İnter Mayami”də davam etdirə biləcəyi bildirilirdi. Roberto bu mövsüm La Liqada 4 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin