“Qarabağ” – “Hakken” matçının təyinatları məlum olub

Bakıda “Qarabağ” və İsveçin “Hakken” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun matçının təyinatları bəlli olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button