“Qarabağ”da ikitərəfli oyun
“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, komanda doqquzuncu günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla 11:00-da start götürüb və 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Hazırlıq taktiki çalışmalarla başa çatıb.
Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da start götürüb. Bu məşqdə isə futbolçular ikitərəfli oyun keçirib.
“Qarabağ” bu gün Avstriyada üçüncü yoxlama oyununu keçirəcək və Rusiyanın “Ufa” klubuyla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin