Tanınmış brend Ten Haqı ələ saldı
KFC-nin sosial şəbəkə hesabında “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq haqqında zarafat edilib.
Komanda.az xəbər verir ki, məşhur GTA (Grand Theft Auto) oyun seriyasının altıncı hissəsinin elanı fonunda mətbuat xidməti Ten Haqı ələ salan zarafat edib:
“2013-cü ildəki son GTA-dan sonra baş verənlər:
– Qlobal pandemiya
– Böyük Britaniyanın 5 baş naziri olub
– “Squid Game” oyunu reallığa çevrildi
– Ten Haq hələ də heç bir böyük matçda qalib gəlməyib”.
53 yaşlı mütəxəssis ötən yaydan “Mançester Yunayted”i çalışdırır. Komanda 14 turdan sonra 24 xalla Premyer Liqada 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin