“Real”ın hücumçusu zədələnib
“Real”ın və Braziliya millisinin hücumçusu Rodriqo Argentina yığması ilə oyunda (0:1) dizindən zədə alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşları ilə məşqə çıxmayıb. Rodriqodan testlər götürülüb. Klub əmindir ki, onda ciddi heç nə yoxdur və fizioterapiya müalicəsinin köməyi ilə hər şey həll olunacaq.
Hücumçunun İspaniya çempionatında “Kadis”lə (26 noyabr) və Çempionlar Liqasında “Napoli” ilə (29 noyabr) matçda iştirakı sual altındadır.
22 yaşlı futbolçu bu mövsüm 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
13 turdan sonra “Real” La Liqada 32 xalla ikinci pillədə qərarlaşıb. Çempionata “Jirona” başçılıq edir (34 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin