“Məni “Barselona”nın xərçəngi adlandırırdılar” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 13-cü turunun “Alaves”lə oyunundan (2:1) sonra medianın Kataloniya klubuna təsiri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, media ilə bağlı bütün mənfiliklərin futbolçulara təsir etdiyini söyləyib:

“Mətbuat “Barselona”ya təsir edir, oyunçular yaranan mənfi situasiyalar səbəbindən gərgindir. Komanda ən yaxşı vaxtını keçirmir. Tənqid mənə təsir etmir. Mən futbol oynamıram, əsəbi də deyiləm. Məni “Barselona”nın xərçəngi adlandırırdılar, indi isə bu komandanı çalışdırıram”.

Daha əvvəl bildirilib ki, “Barselona” Xavini baş məşqçi postundan uzaqlaşdırmağı planlaşdırmır. Komandanın pisləşən formasına və son uğursuz nəticələrə baxmayaraq, klub mütəxəssisə tam etibar edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button