Azərbaycan millisi Belçikaya böyük hesabla uduzdu

Basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası AÇ-2025-in seçmə mərhələsi çərçivəsində ikinci görüşünü keçirib.

Komanda.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Bakıda Belçika millisini qəbul edib. Yığma komanda son Avropa çempionuna böyük hesabla məğlub olub – 28:136.

Milli ilk turda Litvaya səfərdə 62:99 hesabı ilə uduzmuşdu. Qrupdakı digər rəqib isə Polşa yığmasıdır. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button