“Real”da oynamaq həmişə arzum olub” – Vinisius
“Real”ın vingeri Vinisius Junior Madrid klubu ilə müqaviləsinin 2027-ci ilə qədər uzadılmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubunda olduğuna görə xoşbəxt olduğunu deyib:
“Burada oynamaq həmişə arzum olub. “Real”ın oyunçusu olmağın nə demək olduğunu sözlə ifadə edə bilmirəm. Hisslərimi ancaq bunu yaşayanlar anlaya bilər. Bütün komanda yoldaşlarımla əla münasibətim var. Bizi birləşdirən odur ki, hamımız dünyanın ən yaxşı klubunu təmsil etməkdən xoşbəxtik. Bu anlardan həzz almaq lazımdır, onlar çox tez uçurlar”.
23 yaşlı vinger 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya “Real”a keçib. Onun klubla əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayına kimi qüvvədə olub. Vinisius bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib, üç qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin