“Bu matçın ədalətli nəticəsi heç-heçə idi”
Premyer Liqanın 11-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Bizi çətin matçın gözlədiyini bilirdik. “Sumqayıt” bu il yaxşı oyunu ilə seçilən komandalardan biridir. Qarşılaşma göstərdi ki, hər iki rəqib bir-birinə layiq idi. “Sumqayıt” da, biz də qalib gələ bilərdik. Düşünürəm ki, bu matçın ədalətli nəticəsi heç-heçə idi. Komandam istədiyim bəzi elementləri meydanda verməyə çalışır. Ola bilər ki, bu, nəticə üçün yetərli olmur. Amma oyun planında inkişaf edə bilərik. Hücumların sayı həddindən artıq çoxdur. Son 6-7 matça nəzər salsaq, bəlkə də çempionatda hamıdan çox hücumda olan komandayıq. Ancaq son nöqtəni qoya bilmirik. Ümid edirik ki, bu çatışmazlığı da aradan qaldıracağıq”.
Bizi Facebook-da izləyin