“Real”ın futbolçusu irqçi təhqirlərə məruz qalıb

“Real”ın hücumçusu Vinisius Junior İspaniya çempionatının 11-ci turunun “Barselona” ilə oyununda (2:1) irqçi təhqirlərə məruz qalıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona” azarkeşləri matçın sonunda, oyunçu əvəzlənərkən 23 yaşlı braziliyalı futbolçuya qarşı irqçi hərəkətlər ediblər.

Eyni zamanda, Vinisius özü Kataloniya klubunun azarkeşlərinə istehzalı jestlər edib. Bundan sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçunu ehtiyat oyunçular skamyasına tərəf çəkib.

Bu görüşdən sonra “Real” 28 xalla turnir cədvəlində birinci, “Barselona” 24 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button