Ançelotti: “Vinisius mütləq “qızıl top”u qazanacaq”
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun çıxışını dəyərləndirib.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis braziliyalı futbolçunun “qızıl top”u qazanacağına inandığını bildirib:
“Vinisius mütləq “qızıl top”u qazanacaq və bu, tezliklə baş verəcək. O, zədədən yaxşı formada qayıtdı və komandaya Çempionlar Liqasında “Braqa”nı məğlub etməyə (2:1) kömək etdi”.
Vinisiusun “kral klubu” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. O, bu mövsüm komandanın heyətində 7 La Liqa matçında 2 qol vurub, 1 ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin