Mahir Emreli məşqdə zədələnib

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Komanda.az “24sata.hr” saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib:

“Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.

“Dinamo” Xorvatiya çempionatının 7-ci turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button