Feliks üçün 80 milyon avro tələb edirlər

“Atletiko” “Barselona”da icarə əsasında çıxış edən hücumçu Joao Feliksdən 80 milyon avro qazanacağını gözləyir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Madrid klubundan kataloniyalılara 23 yaşlı portuqaliyalı futbolçunu 80 milyon avroluq təklif qarşılığında satmağa hazır olduqları bildirilib.

“Barselona” çətin maliyyə vəziyyətinə görə bu cür xərcləri ödəyə bilmir. Ona görə də, onların Feliksi yenidən icarəyə götürmək və 2025-ci ildə endirimli qiymətlə satın alacaqları ehtimal olunur.

Feliks bu mövsüm “Barsa”nın heyətində bütün yarışlarda 8 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button