Ançelottinin Çempionlar Liqasındakı 4 favoriti
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının favoritlərindən danışıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 4 klubu əsas favorit kimi göstərib:
“Çempionlar Liqası favoritlərim? “Real”, “Barselona”, “Mançester Siti” və “Bayern”.
“Real” tarixində 14 dəfə Çempionlar Liqasını qazanıb. “Bayern” 6, “Barselona” 5 dəfə turnirin qalibi olub. “Mançester Siti” Çempionlar Liqasının son qalibidir.
Ançelotti 2021-ci ildən “kral klubu”nun “sükanı arxasındadır”. 64 yaşlı mütəxəssis bundan əvvəl İngiltərənin “Everton” komandasına rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin