“Daha çoxuna layiq idik, amma…” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 9-cu turunun “Qranada” ilə oyunu (2:2) haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, komanda olaraq səhvlərə yol verdiklərini söyləyib:
“Düşünürəm ki, biz demək olar bütün matçda üstün olduq. Daha çoxuna layiq idik, amma səhvlərimiz buna imkan vermədi. Oyuna belə başlamamalıydıq. Rəqibin nə qədər təhlükəli olduğunu gördük. Mübarizə aparmalı olduq. Komandamız sakit oynamağa başladı, üstün olduq və sonda qələbəyə layiq idik.
Kombinasiya oyununda səhvə yol verdik. Bizim vəzifəmiz irəli getmək idi. İlk qol bizə təsir etdi. Amma buraxılan ikinci qoldan sonra komanda özünü yaxşı hiss etdi: nəticə yox, oyun baxımından”.
“Barselona” 21 xal toplayıb və İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdədir.
Bizi Facebook-da izləyin