“O, dünyanın ən yaxşı qapıçılarından biridir” – Rakitiç

“Barselona”ya məğlubiyyətdən (0:1) sonra “Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç rəqib qapıçı Mark-Andre ter Ştegenin çıxışını dəyərləndirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, alman qolkiperin performansını yüksək qiymətləndirib:

“Ter Ştegen yüksək səviyyəli qapıçıdır. O, dünyanın ən yaxşı qapıçılarından biridir. Qapıçılar tez-tez komandaları üçün matçlarda qalib gəlirlər. Son oyunda o, özünün nə qədər güclü olduğunu göstərdi”.

“Barselona” Serxio Ramosun avtoqolu sayəsində “Sevilya”ya minimal hesabla qalib gəlib.

“Sevilya” üzərində qələbədən sonra kataloniyalılar 20 xalla “Jirona” (19 xal) və “Real”ı (18 xal) qabaqlayaraq, La Liqanın turnir cədvəlində birinci pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button