“Klub prezidenti olmaq arzusunda olan adam axmaqdır” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta heç vaxt klub prezidenti vəzifəsini götürmək istəmədiyini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, eyni zamanda, Laporta mərkəz hücumçusu olmaq istəyindən də söz açıb:

“Mən mərkəz hücumçusu olmaq istəyirdim. Oyunçusansa, deməli, şöhrətin var, pulun var… Klub prezidenti olmaq arzusunda olan adam axmaqdır. Mən bunu heç xəyal etməmişdim”.

61 yaşlı ispaniyalı funksioner 2003-2010-cu illərdə “Barselona”nın prezidenti olub. O, 2021-ci ilin martında bu vəzifəyə qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button