“Neftçi” yeni transferini rəsmən açıqladı
“Neftçi” daha bir transferini rəsmiləşdirib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, fransız futbolçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumçu “Neftçi”nin heyətində 28 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Qəbələ” (2017-2019) olan Jozef-Monroz, Fransanın “Lans” (2008-2011), “Şatoru” (2010), “Brest” (2015-2017), Belçikanın “Kortreyk” (2011-2012) və “Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu, Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.
“Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin