“İngiltərəyə qayıtmaq istəyirdim” – Yeni transfer
“Monpelye”nin hücumçusu Stefi Mavididi “Lester”ə keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvardla 5 illik müqavilə imzalanıb. O, keçidlə bağlı fikirlərini də bölüşüb:
“Həqiqətən, burada olduğum üçün xoşbəxtəm. “Lester”in böyüklüyü və tarixi hamıya məlumdur. Klubun məşq bazası, stadionu… Hamısı əladır. Öncədən İngiltərəyə qayıtmaq istəyirdim. Vətənimə qayıdıb, karyeramı davam etdirməyin vaxtı çatmışdı”.
İngiltərəli futbolçu 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 27 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin