“Mən çox xoşbəxtəm” – “Çelsi”nin yeni transferi
“Çelsi”nin hücumçusu Nikolas Cekson qarşıdan gələn mövsümlə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “zadəganlar”ın yeni transferi çox xoşbəxt olduğunu deyib:
“Bu, gənc komandadır. Lakin mən keçmiş klubumda gənc oyunçularla oynamağa öyrəşmişəm. Baş məşqçi bizə inananda biz həmişə yaxşı nəticə göstərirdik, burada da belə olacaq. Mən çox xoşbəxtəm və gözəl işlər görəcəyik”.
22 yaşlı seneqallı futbolçu bu yay “Vilyarreal”dan “Çelsi”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir.
Cekson 2022/23 mövsümündə “Vilyarreal”da 38 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin