“Bayern”ın ikinci təklifi də qəbul edilməyəcək

“Tottenhem” “Bayern”in hücumçu Harri Keyn üçün ikinci təklifini də qəbul etməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” 29 yaşlı hücumçu üçün 80 milyon avro və əlavə bonuslar təklif edib. Lakin İngiltərə klubu bu təklifi rədd edəcək.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button