“Komandanın istəkli olması sevindiricidir”
“Qəbələ” 2023-2024-cü illər mövsümünün hazırlıq prosesinin ilk mərhələsini başa vurub.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Qəbələdə təşkil olunan toplanış barədə fikirlərini klub saytına açıqlayıb:
“Hazırlıq prosesində planlaşdırdığımız detalların üzərində çalışdıq. Komandanın istəkli olması sevindiricidir. Məşqlərdə bu istəyi görürdük. İndiki mərhələdə əsasən yükləmələrin üzərində dayanmışıq. Qarşıdakı Türkiyə toplanışında daha çox toplu çalışmalara üstünlük veriləcək və istiqamət matçlara yönələcək. Bununla da komanda oyun ritminə qayıdacaq”.
Baxşıyev futbolçuların durumuna da toxunub: “Hazırlıq prosesinin indiki mərhələsində futbolçular hələlik formadan uzaqdır. İyunun 24-dən məşqlərə başlayan oyunçular digərləri ilə müqayisədə daha hazırlıqlıdır. Çünki onlar bizə bir müddət sonra qoşulublar. Türkiyə toplanışında bu boşluqları doldurulacaq. Yeni oyunçuların bəziləri həm fiziki forma, həm komandaya uyğunlaşma baxımından tez hazır oldular. Həmişə yerli və əcnəbilər bu komandada çətinlik çəkməyiblər. Sadəcə fiziki durumlarını qaydasına salmaq lazımdır. Qarşıda üç yoxlama görüşü var. Bu matçlar komandanı daha hazırlıqlı etməlidir. Bizim verdiyimiz fiziki yükləmələr və oyundakı isə fərqli olur. Daha çox istədiyimiz futbolçuların oyun yükünü almasıdır”.
Bizi Facebook-da izləyin